6 Ocak 2017 Cuma

Avropanın qədim əhalisi Türk idi...






Akademik A.A. Klyosov: “Avropanın qədim əhalisi Türk idi”

Anatoli Alekseyeviç Klyosov kimi alim və şəxsiyyət barədə mütləq söz demək lazımdır. Hətta Azərbaycan türkçüsü olaraq  mən dünya şöhrətli bu rus alimi barədə ilk dəfə Azərbaycan oxucusuna söz açmağımı özüm üçün böyük uğur sayıram.
Pərviz Elay



           
Akademik Klyosov etnosların yaranma, formalaşma vətəninin və yayılmasının müəyyən edilməsində genetika elminin son nailiyyətlərindən istifadə edilmə metodlarının ilk yaradıcılarından və təşviqatçılarındandır. Hər hansı tarixi dilin yaranması və yayılması ilə genetikada “HAPLOQRUP” kimi müəyyən edilmiş amil arasında əlaqə barədə fikir artıq 80-ci illərin sonundan elmdə özünə yer etməyə başlamışdır. Faktiki haploqruplara görə müəyyən millətin etnogenezisində (tarixi formalaşmasında) hansı etnosların gəlmə olması, hansının yerli olması barədə fikir söyləmək daha əsaslı alınır. Haploqrup amili hətta imkan verir ki, müəyyən müasir dilin nə zaman indiki əraziyə gəlməsi barədə mövcud fikirləri təsdiq etsin, dəqiqləşdirsin, bu fikir səhv olarsa, onu inkar etsin.


Qeyd: Haploqrup haqda təsəvvür yaratmaq üçün deyək ki, insanın xromosom cütlüyünün (homoloji xromosomların) eyni yerlərində (lokuslarında) yerləşən eyni genin müxtəlif formalarına ALLELlər deyilir. ALLELlərin sırsına isə, HAPLOTİPlər deyilir. Oxşar HAPLOTİPlər qrupuna isə, HAPLOQRUPlar deyilir. Genetiklər artıq XX əsrin 80-ci illərində belə bir nəticəyə gəlmişlər ki, dünyada yaşayan müxtəlif millət və etnosların oxşar haploqrupları var. Belə bir fikir elmdə möhkəmlənib ki, məhz haploqruplar müəyyən tarixi etnosun və ya dilin vətənini, tarixi yayılmasını və qarışmasını göstərə bilər. Haploqruplar xüsusi, biokimyəvi analizlə (əsasən, marker deyilən metodla) müəyyən edildikcə onlara müxtəlif kod nömrələri verilir.

            
Məsələn, akademik Anatoli Klyosova görə, DNT-də “R1a” haploqrupunun (Y-xromosom)  daşıyıcıları Hindistana və İrana fars dillərini gətirmişlər. Belə ki, tədqiqatlar göstərir ki, bu haploqrup Hindistan və İran ərazisindəki əhalinin genofondunda e.ə II minillikdə peyda olmuşdur. Yazılı mənbələr məhz bu dövrdə İran və Hindistan ərazisinə mədəniyyətcə aşağı olan vəhşi tayfaların axınını qeyd edirlər. Akademik şərti olaraq bu haploqrupu “ari haploqrupu” adlandırır. Bu haploqrupdan törəmə “R1a1” haploqrupunu müasir Hindistanda hindlilərin 16 %-i (100 milyon adam) daşıyır, digəl ki, bölgənin yerli əhalisi olan dravidlərdə bu haploqrup o qədər böyük  göstəricidə deyil. Hindlilərin daxilində yuxarı kastalara aid olan nəsillərdə (racə, brahman) bu haploqrupun göstəricisi daha çoxdur 72 %-dir. Ruslarda (məsələn, Orlov vilayətinin rus əhalisi arasında) genotipdə “R1a1” göstərici 67 %-dir. Alim bu fikirə gəlir ki, əslində hind-fars dillərinin əcdadları slavyan dillərinin əcdadlarının birbaşa qohumudur. Məsələ bundadır ki, dilçilik də slavyan dilləri ilə İran dillərini genetik qohum olaraq digər hind-avropa dillərindən (alman, italik, yunan-friq və i.a.) getdikcə fərqləndirir. Obyektiv fars tarixçiləri də fars şovinizmini tənqid edəndə onu əsas gətirirdilər ki, fars millətçiləri farsları aparıb “arilərlə” bağlamaqla, şimaldan 4 min il əvvəl İrana gəlib, yerli (türk və elamdilli) yüksək mədəniyyəti oğurlayıb öz adına çıxan vəhşi “slavyan-qaraçıları” müasir farslara əcdad kimi qəbul etdilər.

            
2009-cu ilin aprelində akademik Klyosov yəhudilərin etnogenezi barədə elmi əsərlərinə və yəhudi xalqının tarixinin araşdırılmasına verdiyi töhvələrə görə Koenlərin (Koenlər, koqanlar, kaqanoviçlər və s. - Musa peyğəmbərin qardaşı Aaronun nəslindən olan yəhudi rahibləri) Beynəlxalq Assosiasiyasının qızıl medalına layiq görüldü.

            
Akademik Klyosov  hansı oxşar haplotip qrupunu “Türk haploqrupu” adlandırır? Alimin fikrincə, hansı dəlillərə görə, Avropanın qədim əhalisi Türk idi?

            
Bu suallara akademik Klyosov özünün “Hind-Avropa və Türk dil ailələrinin qarşılıqlı münasibətlərində əsas tapmaca və DNT-geneologiya vasitəsilə onun həllinə cəhd” əsərində cavab verir.

            
Öz məqaləsinə girişdə akademik A.A.Klyosov əsasən insan irsiyyətinin göstəricilərindən biri olan haploqrup analyışına aydınlıq verir. O göstərir ki, insanın mənsub olduğu irq - genlər toplumudur (genom). Buraya insanın dərisinin, gözlərinin, saçlarının rəngi, kəllə quruluşu, bədən ölçüləri və s. daxildir. Bütünlükdə bu göstəriciləri öyrənən elm genetikadır. Genetikanın inkişafı ona gətirib çıxardı ki, tamamilə yeni bir və hələ də adı dəqiqləşməmiş elm sahəsi yaranmağa başladı. Bu sahə genetika elmi ilə üzvi bağlı olsa da, tam olaraq ona aid deyil. Çünki, insan irsiyyəti haqqında yeni elm bölməsi insan xromosomunu öyrənir. Haploqruplar da əsasən kişilərin Y xromosomunun bir hissəsidir. Burada isə genlərdən danışmaq olmur. Haploqruplar xüsusi, biokimyəvi analizlə (əsasən, “marker” deyilən metodla) müəyyən edildikcə onlara müxtəlif kod (R1, nömrələri verilir. Məsələn, baba ilə nəvənin qan qohumluğunu müəyyən etmək üçün onların haploqrupunu müəyyən etmək yetər. Geniş götürdükdə haploqrup hər hansı bir tarixi xalqın meydana gəlməsi, miqrasiyası və müasir daşıyıcılarını göstərə bilər.

         
Akademik A.A.Klyosova görə türk dillərinin ilk daşıyıcıları eyni zamanda elmdə R-1b haploqrupunun daşıyıcıları olmuşlar.

       
O yazır: “DNT – genealogiyanın məlumatları əsasında belə bir fikir irəli sürülərək əsaslandırılıb ki, qədimdən eramızdan əvvəl I minilliyin ortalarınadək Avraasiyadan Atlantik okeanın sahillərinədək iki dil mərkəzi hegemonluq edib – türk (prototürk) və Hind-Avropa, müvafiq olaraq R-1b və R-1a haploqrup dilləri. Bu haploqrup daşıyıcıları 1-2 minillər fərqi ilə qarşılıqlı istiqamətlərlə miqrasiya etmişlər. Onların eyni ərazilər üzrə hərəkəti linqvist və arxeoloqları çaşdırmış və Hind-Avropa dillərinin ilk vətəninin «kurqan» və ya “Anadolu” nəzəriyyələrinin irəli sürülməsinə səbəb olmuşdur.

         
Mənim nəticələrimə görə «türkdilli» R-1b haploqrupu 16 min il əvvəl güney Sibirdə yaranaraq Volqanın orta axını istiqamətində, «qədim quyu –kurqan» arxeoloji mədəniyyətlərinin ərazisindən adlayıb Qafqaz və Anadoludan (6000 il əvvəl), Yaxın Doğudan (5300 il əvvəl) və Quzey Afrikadan (3805 il əvvəl) keçib, Pireney yarımadasına (3700 il əvvəl) daxil olmuş və sonradan Britaniya adalarınadək (3350 il əvvəl), kontinental Avropaya daxil olmuşlar. Prototürk dillərinin Pireneylərdən kontinental Avropaya keçdiyi yol, keltərin və italiklərin əcdadlarının yolu olub və çənvari qədəhlər mədəniyyətinin dövrüdür”.

         
Beləliklə, Klyosov haploqrup göstəricisinə əsaslanaraq bu fikri ortaya atır ki, eramızdan əvvəl IV-III minillikdən ta eramızın I minilliyinin sonuna qədər Avropanın hegemon dili türk dili olmuşdur.

        
Haploqrup göstəriciləri də təsdiq edir ki, türkün R-1b haploqrupu eramızdan əvvəl VIII minillikdən III minilliyədək Avrasiyaya yayılmış və burada irsiyyətdə aparıcı rol oynamışdır. Avropanın digər qədim dil ailəsi olan Hind-Avropa dillərinin əcdadları (paralel olaraq R-1a qrupunun daşıyıcıları) eramızdan əvvəl VIII minillikdən III minilliyə qədər Avropadan Şərqə doğru ilkin türklər (R-1b daşıyıcıları) tərəfindən sıxışdırılmışdı. Lakin eramızdan əvvəl III minillikdən başlayaraq Hind-Avropalılar yenə də Avraasiyada və xüsusilə də Avropada öz hegemonluqlarını bərpa etməyə başlamışdılar.

         
Məqaləsinin bu yerində alim elmdə türkçülərin və “iranistlərin” bir-biri ilə mübarizəsinə toxunur.

         
“Yüz ildən artıqdır ki, “iranistlər” və ya daha çox “hind –avropaçılar” kimi tanınmış elmi cərəyanın tərəfdarları bir tərəfdən və türkçülər digər tərəfdən opponentlərinin Avrasiyanın qədim mədəniyyət və dil mənzərəsinə töhfələrini qarşılıqlı olaraq inkar edirlər. Onlar iddia edirlər ki, Avropada və Asiyada qədimdə ya bütünlüklə «hind-iran», ya da bütünlüklə türk substratı mövcud olmuşdur. Öz mübahisələrində onlar güzəştlərə getmirlər.

         
Lakin bütün bu problemlərin izahı çox sadədir. Hər iki tərəf yarıbayarı haqlıdır. 20-16 min il əvvəl genetik baxımdan Avrasiyanın iki böyük haploqrupu (R-1a və R-1b) bir-birindən ayrılaraq öz müstəqil inkişafını başlamışdır. Onlardan     R-1a nəsl göstəricisi «hind-avropa» dillərinin daşıyıcılarına, R-1b nəsli göstəricisi isə prototürk dillərinə məxsusdur. Tarix boyu hər iki nəsli göstərici (haploqrup) Avrasiyada tez-tez bir-biri ilə üzləşmiş və bir-birilə çulğalaşmışlar. Aqqlünativ türk dilləri Hind-Avropa dilləri ilə müqayisədə zamana görə dəyişməyə çox az məruz qalıblar. Ona görə də türkçülər türk dillərindəki iranizmləri çox asanlıqla türk dilləri əsasında izah edirlər. Türkçülər antik səlnaməçilərin əsərlərində müxtəlif şəxsi, əşyalarda və termin adlarında türk sözlərini tapırlar. İranistlər isə cavab olaraq öz versiyalarını irəli sürürlər ki, onlara görə də eramızdan əvvəl Avrasiyada nə türklər, nə də türk sözləri mövcud deyildi. Yeri gələndə, iranistlər türkçülərə qarşı «elmi» - repressiv ölçülər qəbul edirlər. Buna aid istənilən türkoloq külli miqdarda nümunə gətirə bilər”.

         
“Bu məqaləmdə mən göstərməyə çalışmışam ki, çox minillər əvvəl Avrasiyada həm ari, yəni qədim hind-avropa dilləri, həm də prototürk dilləri mövcud olmuşlar. Bu dillərin daşıyıcıları genetikanın şərti qəbul etdiyi müxtəlif nəsillərə aid edilir.

         
Məqaləmin sonrakı hissəsi iranistlərlə türkçülərin qarşıdurmasından söz açır. Əslində bu qarşıdurma olmayıb. Çünki, türkçülərin elm aləmində nüfuzu qəbul edilmədiyindən 200 ildən yuxarı tarixi olan iranist məktəbi daha güclü görünür… Məsələn, 50-ci illərin əvvəllərindən etibarən rəsmi tarix elmi göstərirdi ki, skiflər  «irandilli» olublar. Bundan sonra bu məsələ müzakirə edilməyib. Bu mövzuya qarşı gətirilən istənilən arqument və elmi əsaslar rəsmi elm tərəfindən ya qəbul edilmir, ya da ən azı 60 il müddətində onlara göz yumulurdu”.

         
Dünya şöhrətli alim öz əsərində qeyd edir ki, müasir türkologiyanın ən böyük səhvi odur ki, o, türk dilinin əsaslarını daha çox Asiyada axtarır, digəl ki, Hind-Avropalılara qədərki Avropanın qədim və ölü dilləri arasında türk dillərinin axtarışına prinsipial yanaşılmayıb. Bununla yanaşı, alim qeyd edir ki, dilçilik üzrə son tədqiqatlar Avropanın qədim əhalisinin türkdilli olmasını göstərir. Rus və Avropanın bir çox dilçi və tarixçi alimlərinin yeni əsərlərindən iqtibaslar gətirərək Klyosov belə bir nəticəyə gəlir ki, müasir dünyada ingilis dili nə qədər qlobal ünsiyyət dili olmuşsa, eramızdan əvvəl IV-III minillikdən eramızın I minilliyinə qədər bu rolu türk dilləri oynayıb (“... əldə edilmiş nəticələr belə bir fikir yürütməyə imkan verir ki, ən qədim dövrlərdən 10-12 əsrlərə qədər Avropa əhalisinin böyük hissəsi türkdilli idi”)..

         
Öz məqaləsində Klyosov dil nəzəriyyəçisi N.T.Dyaçokun türk dillərini səhvən və ya qərəzlə cavanlaşdırması üçün irəli sürdüyü düsturu tənqid etmişdir. Məhz həmin düstur vasitəsilə Klyosov yenidən hesablamalar aparmaqla göstərir ki, ən azından türk dillərinin ilkin forması 6 min il bundan əvvəl öz əsaslı təkmilləşməsini bitirib. Digəl ki, Dyaçok eyni düsturla öz hesablamalarında türk dillərinə vur-tut cəmi 2500 il yaş verir.

         
Akademik bu fikirdədir ki, bu gün Avropada yaşayan bir çox yerli xalqlar sadəcə olaraq öz prototürk dilini Hind-Avropa dillərinə dəyişmiş əhalidir. Bunlar sırasında o, baskları, katalonları, keltləri göstərir. Eyni zamanda Klyosov vurğulayır ki, bu gün türk dünyası ilə böyük problemi olan ermənilərin böyük əksəriyyəti türklərin R-1b haploqrupunun daşıyıcılarıdır.




Anatoli Alekseyeviç Klyosov kimdir?
         
Anatoli Alekseyeviç Klyosov 1946-cı il noyabrın 20-də Rusiyanın Kalininqrad vilayətində anadan olub. Fitri istedada malik olan Klyosov əvvəlcə Kalininqrad universitetinin kimya fakultəsinə daxil olur, daha sonra fitri qabiliyyətlərinə görə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) yeni yaranmış Molekulyar Kimya (sonralar biokimya) fakultəsinə təqdimatla göndərilir. Sovetlər dövründə bioloji kataliz üzrə tədqiqatlara görə 1978-ci ildə Lenin komsomolu və 1984-cü ildə SSRİ Dövlət mükafatına layiq görülür. Gənc alim kimi (38 yaşında)  kimya elmləri doktoru, MDU professoru, SSRİ EA-nın A.N. Bax adına biokimya institutunun laborotoriya müdiri olmuşdu. SSRİ-də ilk İnternet istifadəçisi, İnternet barədə sovet mətbuatında ilk elmi-populyar məqalənin müəllifi idi. 1994-cü ildə ABŞ-ın dünyaca məşhur elmi mərkəzləri tərəfindən dəvətlə ABŞ-a köçür. 1996-2006-cı illərdə Bostonda sənaye sektorunda polimer materiallar sahəsindəki kompaniyanın vise-prezidenti və tədqiqatlar və kəşflər üzrə müdiri olur. Eyni zamanda xərçəng əleyhinə yeni dərmanların yaradılması üzrə baş elmi işçi və bu sahədəki kompaniyanın vise-prezidentidir. Eyni zamanda Klyosov insan genetikası və genetika biokimyası üzrə Rusiya EA-nın, Boston, Harvard (ABŞ) universitetlərinin professorudur. Ümumdünya elm və incəsənət Akademiyasının (Stokholm və Vaşinqton elmi elitası tərəfindən təsis edilmiş) üzvü və akademikidir. Hal-hazırda ABŞ-ın Massaçusets ştatının Nyüton şəhərində yaşayır.


Ruscadan çevirdi və hazırladı: Pərviz Elay



* * *


N.Kizamov 'un Klyosov'un makalesi için yazdıkları : 
(Turkic world sitesinin de sahibidir): 



The subclade R1b1-L278/R1b1* (1 - 17) sheds light on one of the most interesting and puzzling pages of the European history. The Hebrew  Ashkenaz (pl. Ashkenazim) referred to the Scythians Askuzes/Ishkuzes, the name which renders the Türkic As-kiji (As-people) or As-guzes (As-tribe), a transparent designation of the Türkic tribe of Ases (Ch. Yuezhi/Yueji 月支, possible compound of Hui/Yu + zhou 肉; the Ch. appellation Sui/Hui/Yui/Yu denotes Uigurs and was suggested to denote the Usun/Wusun ancestors of the modern Uisyns). However, in Biblical Hebrew, Ashkenaz is a generic name for the Türkic tribes independent of the tribal affiliation, and as such it was applied to the Khazars.


Life in the Khazar Kaganate was far from carefree, and religious turmoil was not any better than the political, ethnic, or military turmoils. Initially Tengrian, the population has divided into interspersed religious fractions, with the descendents of the converts to Judaism finding themselves alien and defenseless after the fall of the Kaganate and the start of the ethnic-religious persecution. The Jewish Türks largely dispersed, joining various established Jewish communities, and establishing a category called in Hebrew Ashkenazim across the Medieval Europe. Fortunately for them, Europe was divided into uncounted number of independent and quasi-independent principalities, and some of them welcomed refugees as monetary and intellectual capital. Naturally, the Ashkenazim boys carried the Y-DNA of their ultimately Türkic forefathers, but their closer forefathers came from a hodgepodge of the Khazar Kaganate Türkic tribes that spun off millenniums earlier, and had millenniums of independent development, admixtures, and linguistic and historical evolution.


Khazars were an offshoot of Bulgars, possibly sharing common genetics. The Khazars, like Bulgars, were identified with the ancient tribe of Ases. On the genetic tree, Khazars and Bulgars would likely constitute few distinct paired branches. A separate main branch of Khazars would be that of the Suvars/Savirs/Severyans, a second-largest Kaganate's majority, who had their own history and likely distinct genetic profile. The specific Bulgar clades should have survived among the the Türkic ethnicities in the Danube Bulgaria; the specific Savir clades should have a demographical peak in the vicinity of the Desna river, from Chernigiv to Kursk, among the Ukrainian and Russian populations. These subclades should show up on the exclusively Ashkenazi DNA tree, with allocation between Bulgar and Savir branches in accordance with the Danube Bulgaria/Chernigiv results.


On a deeper level, the initial appearance of the Bulgars and Huns in the Eastern Europe were likely unrelated events, the Huns migrating from the north, from the Aral and upper Itil/Volga area, and Bulgars migrating from the south, from the Bactria/Tocharistan, or the modern eastern Turkmenistan and southern Uzbekistan. The Hunno-Bulgars they became already in the Eastern Europe. A presence of the identical subclades in the southern Uzbekistan and the dispersal east and west of it would help to identify the Bulgar branch, and thus help to identify the Savir branch. The Savir branch should have elevated level of remnants in the vicinity of Dagestan. The number 5800 ybp is quite significant in that respect, separating the Bulgar and Savir branches 2000 years prior to the Savirs/Subars' showing up in the Babylonian records in 23rd c. BC. 28 centuries later, when Bulgars and Savirs reunited, they spoke languages of the same Ogur family, apparently still mutually comprehensible.


Not all Ashkenazim originated as Khazar subjects. Some may have quite different origin, like those that joined the Jewish communities from other Türkic lands (N.-E. Europe, Balkans, etc.), later newcomers from the Kipchak Khanate, Persian Jews via Caucasus, and the like, or may have gained their nickname by their association with the Ashkenazi communities..





Overview of Türkic genetics
Ancient History of the Arbins, Bearers of Haplogroup R1b,
from Central Asia to Europe, 16,000 to 1,500 Years before Present
Advances in Anthropology 2012. Vol.2, No.2, 87-105 Published Online May 2012 in SciRes


Conclusion

The results of this study lend a support to the theory that haplogroup R1b arose in Central Asia, apparently in South Siberia or the neighboring regions, around 16,000 years before present. The preceding history of the haplogroup is directly related to the appearance of the Europeoids (Caucasoids) ~58,000 ybp, likely in the vast triangle that stretched from Western Europe through the East European Plain to the east and to Levant to the south, as it was suggested in (Klyosov, 2011d). A succeeding sequence of SNP mutations in the Y chromosome in the course of their migration eastward to South Siberia, with the appearance of the haplogroups NOP ~48,000 ybp and P ~38,000 ybp, eventually gave rise to the haplogroup R ~30,000 ybp and R1 ~26,000 ybp, and then to the haplogroup R1a/R1a1 ~20,000 ybp (the timeframe between the appearances of R1a and R1a1 is uncertain) and R1b ~16,000 ybp (ibid.).


Based on the respective syllables, we call bearers of R1a the Aryans (translater N.K.Note:from Arans, same format as Arbins), and those of R1b the Arbins. In the first case that name is justified since the bearers of the R1a haplogroup became the legendary Aryans who arrived in the Hindustan and Iranian Plateau ~3500 ybp. In other words, those Aryans belonged to R1a haplogroup, hence, the double meaning (albeit coinciding) of the term the Aryans. The Arbins is a convenient common term to avoid  repetition of the: “bearers of haplogroup R1b”.


At some point in time, the Arbins began migration to the west, across Central Asia, North Kazakhstan, South Urals, to the East European Plain where they have established a number of archaeological cultures between 12,000 and 4500 ybp (apparently including Seroglazovo, Khvalyn, Samaran, Middle Volga, Timber Grave, Catacomb, and also “Proto-Kugran” and/or “Kurgan” cultures, the last are largely held controversial and are not accepted by many historians; it should be emphasized that all those above suggestions regarding the archaeological cultures at present can only be viewed as very tentative attributions) (translater N.K.Note: The reason for tentativeness is a not an absence of archaeological materials that tie these cultures genetically, but a complete void in the paleogenetic studies of these archeological cultures).


 “Arbins” migrated southward, around 6000 ybp a part migrated over the Caucasus to Anatolia (leaving their R1b haplogroup and the respective haplotypes behind); to the rest of the Asia Minor, and to the Middle East. Apparently, the Arbins have established the Sumer culture and state, and by several routes migrated westward to Europe, carrying mainly the R-M269 subclade and its downstream L23 subclade. One route was a northern route, from the East European Plain to the west, ~4600 - 4400 ybp; another concurrent route with the same two subclades was westward along the Asia Minor and Middle East; and yet another route that would populate the Europe the most, was migrating along the North Africa-Mediterranean Sea via the ancient Egypt to the Pyrenees, to arrive at ~4800 ybp. On that route, the R1b-V88 tribe split off and went south, eventually to Central Africa (mainly Cameroon and Chad, judging by their present-day distribution), where a common ancestor of the current R1b-V88 haplotype lived ~4400 ybp.


At the arrival time to Iberia ~4800 ybp, the M269 subclade split off the M51 clade, and soon thereafter the L11 clade and its downstream subclades. They became the Bell Beaker tribes and moved north along with newly arisen subclades P312 and L21, the latter arising within a few centuries after P312. Those subclades and their downstream clades effectively and without major interruptions have populated the Europe from the Atlantic to the Balkans, Carpathian Mountains, present day Poland, the western border of the East European Plain, to the Baltic Sea evidenced by the smooth haplotype trees testifying to the non-stop proliferation of the R1b haplotypes.


The Isles had a different history of their R1b haplotypes and lineages. The bearers of L11, P312 and L21 moved to the Isles by land and sea concurrently with those Arbins who were populating Europe between 4000 and 2500 ybp, and formed their respective “local” subclades, such as P314, M222, L226, which largely populated the Isles. As a result, a significant part of the Isles is populated almost exclusively by the Arbins whose allele frequency reaches 92% - 96% among the population. In general, the frequency of the Arbins in Western and central Europe reaches — albeit not uniformly — some 60% of the population.


This study essentially presents an example of the application of DNA Genealogy for studies on the history of mankind. This example is a complex and challenging endeavor which also touches upon some mysterious puzzles of history and linguistics. One of those puzzles is what language or languages were spoken by the Arbins from 16,000 to 3000 ybp and it almost certainly was a continuing, in its dynamics, a non-Indo-European language. Assumptively, these languages are considered by linguists as assorted and disconnected “dead” and not so dead languages, such as proto-Turkic, Sumer, North-Caucasian, Dene-Caucasian, Basque, and many pre-Indo-European languages in Europe of 5000 - 2000 ybp, and some later languages (translater N.K.Note: M.Gimbutas termed these languages “Old Europe”, and ascribed them to the sedentary farming populations; unfortunately, she did not clearly perceive that the “Old Europe” constituted an amalgam of the pre-“Old Europe” hunter-gatherer and farming populace with the Asian hunter-gatherer migrants marked with R1a1 who reached the Balkans ca. 10-8 mill. BC and along with other innovations brought over their pre-Kurgan etiology with the Pra-Mama Goddess). The language of the Arbins may have originally been a single language easily flowing through millennia and across Eurasia. However, this is a subject of another study.









ilgili:
Avrupalıların Ataları Türk'tür - Yada Taşı (Ancestor of Europeans are Turks - Jade Stone)Cengiz Özakıncı
Who Were the Ancient Inhabitants of Asia Minor? Galina Shuke (Were the Latvians Türks?)