12 Şubat 2015 Perşembe

ALTINÇAĞ VE DİLLER









İNSANLIĞIN İLK ALTIN ÇAĞI
DÜNYA BARIŞI VE UYUMU


Klasik mitolojide altın çağ, tam bir mutluluk çağı olarak tasvir edilir. O zaman ne zulüm, ne kavga vardı. Sumer edebi tabletlerinin birinde de insanlığın ilk altın çağı anlatılıyor.


Altın çağa ait Sumer görüşü "Enmerkar ve Aratta Beyi" isimli destanda bulunuyor. Bu destan içindeki 21 satırda bir zamanlar barış ve güvenlik içinde bulunan bir ülke anlatılıyor ve bölüm bu mutluluğun bittiğini belirterek son buluyor.



Bu bölüm şöyle:


Bir zamanlar ne yılan vardı, ne akrep vardı,

Ne sırtlan vardı, ne arslan vardı,
Ne vahşi köpek vardı, ne kurt,
Ne korku vardı, ne işkence,
Adamın rakibi yoktu.

Bir zamanlar Şubur ve Hamazi ülkeleri,

Çok (?) - dilli Sumer, prensliğin büyük ülkesi, tanrısal kanunlar,
Uri, bütün bu gerekenlerle donatılmış ülke,
Martu ülkesi, emniyette duran,
Bütün evren, birlik (?) içinde olan insanlar,
Enlil'i tek dilde öğdüler.

(Fakat) sonra baba-bey, baba-prens, baba-kral,

Enki baba-bey, baba-prens, baba-kral
Kızgın (?) baba-bey, kızgın (?) baba-prens, kızgın (?) baba-kral
....bolluk....
...(5 satır kırık)...
...insan....


Çok iyi durumda olan ilk onbir satır, insanın kuşkusuz, rakipsiz olarak barış ve bolluk içinde yaşadığı dünyadaki "o eski" mutlu günleri anlatıyor. O zamanlarda evrenin bütün insanları aynı tanrıya, Enlil'e taparlardı. Hakikaten eğer bu ifadeyi düşündüğümüz gibi "tek bir kalple" değil de tam çevirisi "bir dilde" olarak kabul edecek olursak. Daha sonra gelen İsrailliler gibi, Sumerlerin de diller karışmadan önce evrende, tek bir dil kullanıldığına inandıklarını söyleyebiliriz.


Bölümün daha sonra gelen on satırı çok kırıklı olduğundan ana kapsamını tahmin edebiliyoruz. Görünüşe göre tanrı Enki, Enlil'in üstünlüğünü kabul etmek istemiyor veya kıskanıyor ve onu bozmak için bazı işlemler yapıyor, insanlar arasına bozuşmayı ve savaşı getirerek onların altın çağlarına son veriyor.


Belki (10. ve 11. satırların kelimesi kelimesine çevirirsek), Enki çeşitli diller koyarak insanların anlaşmasını önlüyor. Eğer öyleyse, Tevrat'daki (yaradılış 11:1-9) "Babil Kulesi" hikayesinin Sumerlerdeki paralelini görüyoruz, demektir.


Yalnız Sumerler insanın düşüşünü tanrılar arasındaki kıskançlık yüzünden, İbranilerde ise Elohim'in insanlara, tanrı gibi hareket ettikleri için, kıskanması sonucu olduğuna inanıyorlar.






Bölüm 27:
Tarih Sumer'de Başlar
S.N.Kramer
çev: M.İ.Çığ


* * *





Aərbaycanda ilk dövlət - ARATTA


Əgər Subar Eli ilk türk boyadı kimi tarixə düşən subar boyları baxımından diqqəti çəkirsə, Güney-Azərbaycanda qurulmuş Aratta Eli tarixə bəlli olan ilk türk dövləti kimi önəm daşıyır. Sumerdilli qaynaqlarda adı keçən bu dövlətin siyasi və iqtisadi durumunu, etnik əsasını və coğrafiyasını tədqiq edən, ilk dəfə bu mövzunu Azərbaycan tarix elminə gətirən elamşünas prof. Yusif Yusifov haqlı olaraq, Arattanı ilk Azərbaycan-Türk dövləti kimi qiymətləndirmişdir.(1 )

Aratta haqqında deyilmiş fikirlər üzərində geniş dayanmağa ehtiyac yoxdur, burada yalnız Y.Yusifovun diqqətindən yayınmış bəzi detallara toxunulacaq, Arattanın coğrafiyası, dövlət qurumu və ümumi durumu veriləcəkdir. 

Arattaya aid bəlgələrin əhəmiyəti bundadır ki, prototürk dövrünü «Altun çağ» kimi verir və şumer-türk əlaqələrinin ilkin mərhələsinə aid bilgini ortaya qoyur, ilk türk dövləti Arattanın dövlət qurumu, iqtisadi durumu, təsərrüfatı və coğrafiyası haqqında təsəvvür yaradır. Aratta adı şumer yazılarında m.ö. III minilin birinci yarısına aid olaylarla, Hind qaynaqlarında isə bu ad iki minil sonrakı hadisələrlə bağlı yad olunur. Bu isə bəzi subar və toqar (toxar) boyları kimi, arattalı boyların da, Y.Yusifovun vurğuladığı kimi, Azərbaycandan doğuya miqrasiyasını göstərir.( 2)

Aratta ölkəsi haqqında məlumat Enmerkar və Luqalbanda ilə bağlı Şumer qəhrəmanlıq dastanlarında verilir.( 3) Bu epik qəhrəmanlar müasir elmdə Nuh tufanından sonra Sumerdə hakimiyətdə olmuş yarımifik beş çardan və məşhur Bilqamısın babalarından sayılır.(4 ) İlk dəfə S.N.Kramer İstanbulun Qədim-Doğu muzeyində kiçik bir gil lövhə üzərində tapıb oxuduğu və şərti olaraq «Enmerkar və Aratta hökmdarı» adı verdiyi bu şumer eposunun yazıya alındığı çağlarda populyar olduğunu vurğulayır.(5 ) 

Bu mövzu «Enmerkar və Ensuxkeşdanna» dastanında davam edir.(6) Luqalbanda ilə bağlı «Luqalbanda və Hurrum dağı», «Luqalbanda və Enmerkar» dastanlarında da Aratta ölkəsi ön plandadır. Mövzu baxımından bir-birini tamamlayan bu tarixi-epik dastanların qısa mövzusu belədir: 

Sumerdə m.ö. XXVIII-XXVII əsrlərdə Uruk şəhər-dövləti ilə Sumerdən quzey-doğuda yerləşən Aratta ölkəsi arasında ticarət əlaqələri vardır. Əkinçiliyə nisbətən, təsərrüfatında heyvandarlıq və sənətkarlıq inkişaf etmiş dağlıq Aratta ölkəsinə Urukdan taxıl, Arattadan isə ora ağac, daş kimi tikinti materialı, qızıl, gümüş, lacivərd və başqa minerallar aparılırdı. Düşmən ordusunun hücumuna məruz qalanda da uruklular hərbi yardımı Arattadan istəyirdilər. Lakin bu dostluq bəzən pozulduğundan dastanlardakı epizodlar çox vaxt qarşıdurma olaylarını sərgiləyir və təbii ki, şumer dastanında savaş hər dəfə şumerlərin qələbəsi ilə bitir, necə ki, «Enmerkar və Ensuxkeşdanna» hekayəsi Aratta bəyinin yenilməsi ilə nəticələnir:

«Beləcə, Enmerkar ilə Ensuxkeşdanna dartışmasında
Enmerkar Ensuxkeşdannanı üstələdi.
Alqış sənə, tanrıcaNisaba!» 

Bu mübahisəni Uruk çarı deyil, Aratta elbəyi başlamışdı. O, Uruk
şəhərinə nota göndərir ki, Arattaya tabe olsunlar və Enmerkar tanrıca İnanna tapınağını Aratta şəhərinə köçürməyə razılıq versinlər. Enmerkar bu tələbi rədd etməklə kifayətlənməyib, Arattanı özündən asılı etmək və Uruk dövlətinin vassal bir bölgəsinə çevirmək istəyini hədə-qorxu ilə bildirir. 

Bu xəbəri eşidən Aratta sarayı təşvişə düşür. Elbəy şura ilə, görü-nür, ağsaqqallar şurası ilə gənəşir. Ona məsləhət görürlər ki, göndərilən tələbi qəbul edib razılaşsın. Lakin elbəy şuranın bu qərarına tabe olmaya-cağını əsəbi şəkıldə bəyan edir. Bu vaxt Aratta elinin başqamı (maşmaş) Ur-Girnunna bu işi sehr və cadu ilə yoluna qoymağı təklif edir və hətta, bu üsulla Uruka qələbə çalmağın da mümkün olduğunu deyir. Bu planını gerçəkləşdirməyi onun özünə həvalə edirlər. Bundan sonra uzun-uzadı sehr-cadu səhnələri təsvir olunur və yuxarıda deyildiyi kimi, sonda Ensux-keşdanna məğlubiyətini etiraf edir. 

«Enmerkar və Aratta elbəyi» dastanında S.N.Kramerin Altun çağ kimi verdiyi 21 sətirlik bir pritça vardır. Qısa məzmunu belədir: 

O vaxtlar ki, hələ əqrəb-ilan, it-qurd, qorxu-hürkü yoxuydu və o çağda ki, insanın rəqibi yoxuydu, onda dağlıq Şubur-Xamazi, çoxdilli Sumer, Akkad və dağlıq Mardu ölkəsi - bütün Dünya tanrının verdiyi bir dildə danışır, tanrı Enlilə hamı bir dildə alqış deyirdi. Onda ki, insanoğlu bir dildə danışırdı, onda söz (bəlağətli nitq), bolluq və tanrıların ağıllı öndəri qısqanc Enki bir dildə danışan insariların dilini dəyişib, ayrı-ayrı dillərə çevirdi. 
Bu pritçada bir-iki önəmli bəlgə vardır: 

«çoxdilli Sumer ölkəsi» deyimi altında sumer və akad dilləri ilə yanaşı, Sumer öncəsi dövrdə (Altun çağ) burada işlənən və tədqiqatçıların «prototiqrid (banana) dili» adlandırdığı dil subar (prototürk) dili olmalıdır, çünki burada ikidilli yox, çoxdilli epiteti işlənmişdir; 

«Altun çağ» dönəmində insanların bir dildə danışması hərfi mənada işlənmişsə, onda bu, İkiçayarasına hələ şumer və samidilli boyların gəlmədiyi Subar eli çağına işarədir, çünki mətndəki coğrafiya prototürk subar boylarının Atayurdunu göstərir. 

S.N.Kramerin «Altun çağ» adlandırdığı dövr əgər İkiçayarasının prototürük çağı saydığımız dövrə uyğun gəlirsə, onda güman etmək olar ki, tanrı Enlilə bir dildə alqış deyənlər, əslində, bura sonradan gələn şumerlərin tanrısına deyil, məhz prototürk subar boylarının Tenqer (teñer), şumerlərin Dingir (diñir) dediyi Bir Tanrıya tapınmışlar. Burada diqqəti çəkən məsələlərdən biri də, bu motivin Bibliyada belə əks olunmasıdır: 

Babil qülləsini qura-qura yuxarı qalxıb, tanrı məqamına yaxınlaşan insanların qarşısını almaq üçün tanrı onları birləşdirən bir dili dəyişib, insanları çoxdilli etməklə qarşıdurma olaylarına meydan vermişdir. Bu motivin məhz Arattaya gedən qasidin söyləməsi, görünür, şumer yazarının düşündüyü psixoloji təzyiq vasitəsidir; çünki həddini aşan insanlara qəzəblənən tanrı onların dilini dəyişərək qovğalara yol açdığı kimi, tanrı Enkinin Abzu məbədinə lazım olan bər-bəzək, tikinti materialı vermək istəməyən arattalılar da Enki qəzəbinə düçar ola bilər, necə ki, (mənim versiyama görə) vaxtilə arattalıların soydaşları yaşayan birdilli Subar eli parçalanıb, çoxdilli ölkəyə çevrildi. 

Şumerdən Arattaya gedən yolun yönü Aratta ilə bağlı coğrafi adlar ilə müəyən olunur. Urukdan çıxan qasid müasir Bağdad-Kərkük yolu ilə deyil, Süleymaniyə bölgəsində olan Qaradağa çatana qədər Zaqros dağları boyunca quzeyə qalxır. Öncə, doğudakı Zubi dağını aşıb, Elamın bir böl-gəsi olan Anşan dağlarına və sağda qalan Suz şəhərinə uzaqdan «balaca siçan kimi» baxıb, gizlincə təzim edir, sonra «beş dağ, altı dağ, yeddi dağ» aşıb Arattaya çatır. 

Bu marşrutun yönünü müəyyən etmək üçün müasir xəritələrə baxmaq kifayətdir. Uruk-Aratta yolu Dəclə çayının doğu tərəfınə keçəndən sonra Əhəməni çağında da işlək olan Suz-Ərbil «şah yolu»na çıxır. Bu yolla Zaqros dağlarının batı ətəkləri ilə yuxarı qalxıb, müasir Qaratəpə və Qaradağ bölgələrinə çatandan sonra Diala (qədim Turna) və Qızıl-üzən çaylarının başlandığı dağlıq Aratta ölkəsinə girmək olur. Şumer qasidindən iki minil sonra II Sarqon da Diala çayının yuxarı qollarından birı olan Aratta çayını məhz bu bölgədə keçir. Ona görə də, Aratta elini İranın doğusunda axtarmağın heç bir elmi əsası yoxdur. 

Y.Yusifov doğru olaraq, yazır ki, «Aratta anlayışı, yəqin, Sənənc, Kirmanşah, Həmədan bölgələrini də əhatə edirdi». Müasir Saqqız ətrafındakı bölgələri əhatə edən Aratta ölkəsi lulu boylarının yaşadığı, sonra kassi boylarının gəlib oturduğu və akkad-asur yazılarında Zamua adlanan bölgəni də içinə alırdı. İç-Zamua isə Urmu gölünə tərəf uzanan yerlər idi. Luqalbanda haqqında bir-birini mövzuca tamamlayan iki dastanda verilən epizodlarda onun Urukdan uzaqda yerləşən Zabu (Zamua?) ölkəsində və Hurrrum (Urum?) dağlarında dolaşması da diqqəti çəkir. 

Biri «Luqalbanda və Hurrum dağı», digəri «Luqalbanda və Enmerkar» adlanan bu dastanların qısa məzmunu belədir: 

Uruk hökmdarı Enmerkar böyük bir dəstə ilə Arattaya getmək üçün yola çıxır. Onu müşayiət edənlər arasında olan Luqalbanda Hurrum dağına çatanda xəstələnir. Dost və qardaşları Luqalbandanın nəfəs almadığını görüb, öldüyünü güman edirlər və onu hələlik burada qoyub, Arattadan qayıdanda vətənə aparmağı qərara alırlar. Lakin iki gündən sonra Luqalbanda gözünü açır və taqətsiz halda bir-bir Günəş, Venera və Ay tanrılarına yalvarır ki, «dostu-qardaşı, ata-anası olmayan» bu qərib ölkənin «xaşur» ağaclı Hurrum dağında onu həyata qaytarsınlar. Utu ona təpər, İnanna həyat nəfəsi, Sin yaşam verir. Bu yardım üçün tanrılara təşəkkür edən Luqalbanda sağalır. 

(İkinci dastan isə mövzunu belə davam etdirir): 

Bir neçə dostu ilə Zabu ölkəsində qalmış Luqalbanda doğma şəhərinə qayıtmaq istəyir, bu üzaq yolu keçmək üçün İmduqud adlı quşun balalarına qayğı göstərir, quş da ona sürətli hərəkət etmə bacarığı verir. Luqalbanda Zabu ölkəsindən çıxıb, uca dağları, yeraltı mifik Kur çayını uğurla keçərək Uruk elinə qayıdır. Bu vaxt Uruk şəhərini batıdan gələn sami tayfaları mühasirəyə almışdı. Ağır duruma düşən Enmerkar yardım üçün Arattaya, «bacısı» tanrıca İnannaya qasid göndərmək istəyirdi. Lakin heç kim bu ağır səfərə könüllü getmək üçün səsini çıxarmır. Luqalbanda isə Enmerkara yaxınlaşıb, deyir ki, bu xəbəri Aratta elinə çatdırmaq üçün yola çıxmağa razıdır. Dostları onu bu istəkdən çəkinməyə çalışsalar da, fikrindən dönmür. Anşan ölkəsini başdan-ayaga kəsən yeddi dağı (Zaqros dağlarını) aşıb, Aratta elinə çatır və Enmerkarın yardım istədiyini İnannaya deyir. Bunun üçün İnanna müxtəlif qurbanlar verməyi məsləhət görür və dastan burada bitir. 

Burada İmduqud quşu ilə bağlı epizodun Azərbaycan nağıllarında Simurq quşu ilə təkrar olunması, Məlikməmmədin qaranlıq dünyaya düşməsi və yuxarıdakı pritçada subar boyadı kimi diqqəti çəkən Şubur-Xamazi adlı dağlıq ölkənin Zaqros dağında verilməsi müəyyən paralellər aparmağa imkan yaradır. Müasir Xorram-abadın Hurrum (və ya Xurrum) dağadına bənzəməsi, Hurrumun bu bölgədə, indiki Luristan ərazisində olması fikrini mümkün edir, çünki Hurrum dağı Urukdan Arattaya gedən yolun sağında qalır. Eyni zamanda, Hurrum adı ilə urum boyadı arasındakı əlaqəni də istisna etmək olmaz. Beləliklə, Aratta ölkəsinin güney sınırları Güney Azərbaycanın güney bölgələrini əhatə edir. Aratta elindən sonralar doğuya miqrasiya edən boyların bir qismi burada arattalı kimi tanınmış, ola bilər ki, Herat yeradı da Arat (Aratta) adından yaranmışdır.

Şumer qaynaqları Aratta ölkəsinin çox uzaqda olmadığını aydın göstərir. Belə ki, bu iki ölkə arasında intensiv ticarət əlaqəsi, hər ikisində İnanna tapınağının olması, məbəd tikmək və onu bəzəmək üçün ustaların, o cümlədən ağac-daş kimi ağır tikinti materialının Arattadan gətirilməsi, bu ölkələrdən birinin digərini vassal bölgəyə çevirmə istəyi və sair bu kimi bəlgələr bu dövlətlərin bir-birindən çox uzaqda olmadığını açıqca ortaya qoyur. Urukla Aratta arasında olan əlaqədə daha qədim gələnəyin mövcudluğu görünməkdədir. Enmerkarın qasidi «arı törənlər yurdu» olan Aratta ölkəsinin elbəyinə Uruk çarını belə təqdim edir: 

Arı törənlər yurdunda qutlu İnək süd verən, 
Aratta torpağında boy ataraq yüksələn, 
Utu yavrusu Enmerkardır!
. . .(tanrıca) Onu sahibə kimi şubarlı qul tək, 
Eanna məbədinə aparmaq şərəfini
Mənim Başqam ağama (Enmerkara) verdi. 

Əgər Uruk hökmdarı Enmerkar Arattada boya-başa çatıbsa, deməli, Uruk şəhərini salıb, dövlət quran sülalənin kökü Aratta boyları ilə bağlıdır. Bu güman özünü doğrultsa, onda dastanların birində İnanna tapınağının Urukdan Arattaya aparılması arzusunun o biri dastanda artıq gerçəkləşdiyini görəndə təəccüb etməməliyik. Urukda sonra bu soydan baş kahin və çar seçilən Bilqamıs haqqındakı dastanlarda da Koroğlu və Dədə-Qorqud motivlərinə təbii baxmamız gərəkir. 

Dağlıq ölkə olan Arattanın coğrafi durumundan asılı olaraq, onun təsərrüfat növləri və sosial-iqtisadi səviyəsi formalaşmışdır. «Burada dəmyə əkinçiliyi geniş yayılmışdır. Əkin sahələrinin məhsuldar olması isə yağışdan asılı idi. Mövsüm quraqlıq keçəndə Şumerlə və başqa əkinçilik mərkəzlərilə taxıl mübadiləsi genişlənirdi. Qaynaqdan məlum olur ki, Aratta əhalisi əkinçiliklə məşğul olur, buğda və noxud becərirdilər». Zaqros dağlarının yuxarı hissələrində hələ Carmo kulturu çağından dəmyə əkinçiliyi ilə yanaşı, qoyun-keçi saxlanan təsərrüfata rast gəlmək olur və təbii ki, Azərbaycanın Aratta bölgəsində heyvandarlıq artıq uzun keçmişi olan bir təsərrüfat növünə çevrilmişdi. 

Arattanın mineral yataqları burada bər-bəzək əşyaları hazırlayan ustaların yetişməsinə, metalişləmə sənətinin inkişafına şərait yaratmışdı. Şumer məbədlərinin tikintisində qiymətli mineral daşların, qızıl-gümüş və tikinti materialının Arattadan gətirilməsi ilə yanaşı, bu tikintilərdə işləməyi bacaran ustaların da Arattadan cəlb edilməsi qaynaqda əks olunmuşdur. 

Aratta ölkəsində sənətkarlığın inkişafı sonrakı çağlarda da özünü göstərir. Belə ki, Luristanın silahları, bəzəkli qab-qacaq çeşidləri, cizgi-rəsm sənətində «an» üslubunun ilk nümunələri m.ö. II minilin sonlarına aid arxeoloji abidələrdə, Ziviyə-Saqqız dəfnələrində aşkar edilmişdir. Görünür, burada metalişləmə ilə yanaşı, daşyonma və dülgərlik sənəti də inkişaf etmişdi, çünki şumer dastanları məbəd tikmək üçün bu ustaların da çağrılmasını qeyd edir.

Aratta elinin sosial durumu və dövlət qurumu haqqında, dolayı da olsa, qaynaqlar müəyyən bilgi verir. Bəlli olur ki, elbəy Aratta şəhərində sarayda oturur, burada «şura» (ağsaqqallar şurası) və müşavirlər vardır. Burada milli və dini törənlərə nəzarət qamların əlindədir, ölkənin və dövlətin şumercə «maşmaş» termini ilə verilən baş kahini (başqam) yeri gələndə vəzir və ya başbuğ statusunda savaş meydaınında görünür. Dövlət başçısı elbəy bəzən qaynaqda baş kahin adlanır ki, bu müəyən çağlarda onun həm də başqam vəzifəsi daşıdığını göstərir. İnanna tapınağının bu-rada olması və Aratta ölkəsinin «saf, arı törənlər yurdu» sayılması da diqqəti çəkir. Bu bölgədə sonralar lulu elbəyinin akkad dilində yazdırdığı bəlgədə də İştar tanrıcaya tapınma əks olunub. Təəssüf ki, qaynaqlar bu tanrıcanın şumer-akkad dilindəki İnanna-İştar adlarını verir, lulu-arattalı boyların dilində isə onun necə adlanması bəlli olmur.

Aratta elində Şumerdə olduğu kimi, hakimiyətin tanrı tərəfindən verildiyi (qut) inancı vardı və elbəy məqamı qutlu sayılırdı, lakin Şumerdən fərqli olaraq, Arattanın dövlət simvolu əsa (skipetr) deyildi, ona görə də, Enmerkarın Aratta elbəyinə əsa göndərməsi onu bərk əsəbləşdirir və o, şumer qasidinə deyir ki, onun skipetri «göy qübbəsidir». Sonrakı türk dövlətlərində geniş işlənən şad titulu Aratta sarayında da görünür. Uruk dövlətinin göndərdiyi «Arattanın Uruka tabe olması» təkliflərinə elbəy birbaşa cavab yermir: bir halda ağsaqqallar şurası ilə məsləhətləşir, başqa bir epizodda isə saraydakı şatammu ilə gənəşir, bundan sonra öz qərarını bildirir. 

Dastanı ilk oxuyub tərcümə edən S.N.Kramer şatammu sözünün mətnə uyğun «vəzifəsi o qədər də aydın olmayan müşavir anlamı daşıdığını» qeyd etmişdir. İ.M. Dyakonov m.ö.1821-ci ilə aid bir şumer alqı-satqı sənədində işlənən şatammu sözünün vəzifə deyil, müxtəlif vəzifələrdə olanlara verilən «nəzarətçi» funksiyası anlamı daşıdığını yazır. 

Aratta elinin dövlət qurumu haqqında dəqiq məlumat olmasa da, önəmli olayların çözüldüyü sarayın, saray qarşısında toplantı meydanının olması və taleyüklü məsələlərin müzakirəsində ağsaqqallar şurasının iştirakı, saray qarşısında xalq nümayəndələri və ərənlərin söz demək hüqüqu göstərir ki, T.Yakobsen və S. Kramerin təbirincə desək, Aratta eli «Qədim demokratiya» siyasi qurumuna malik idi. 

Lakin bu görkəmli alimlərin sözü Arattaya deyil, Şumerə aiddir: Yuxarı palatanı təşkil edən konservativ ağsaqqallar şurası «senat» və xalq nümayəndələri ilə döyüşçüləri təmsil edən aşağı palata Şumerdə «ikipalatalı parlament» sistemi olduğunu ortaya qoyur. Şumerdə yuxarı palatanın çıxardığı qərara çarın veto qoymasını çox vaxt aşağı palata alqışla qarşılayır. Eyni durum Arattada təkrar olunursa, deməli, bu idarəçilik üsulunu Aratta elinə də aid etmək olar. Həm də bu durum sonrakı türk dövlətlərində uzun müddət, mərkəzləşmiş və irsi hakimiyət sisteminə keçən İkiçayarasında isə az davam etmişdir.

Aratta çağında biri digərini özündən asılı vəziyətə salmaq istəyən və bu yöndə diplomatik danışıqlar nəticə verməyəndə savaş yolunu seçən iki xalqın tarixi əlaqələri daha çox ticarət sahəsində özünü göstərir. Türk-sumer əlaqəsində çətinə düşən sumerlərin Arattadan yardım umduğunu da görmək olur. Bu durumun sonrakı çağlarda davam etməsi sumer-qut əlaqələrində özünü göstərir. 

XXIII əsrin sonunda Akad tərəfindən çox əziyətlərə düçar olan Sumer əhalisi xilas yolunu qutlara tabe olmaqda görür.” «Akadın lənətlənməsi» adlı epik əsərdə tanrı Enlilin çağrışı ilə qutların Sumerə köməyə gəlməsi, «Vaydner xronikası» adlı qaynaqda Qutların İkiçayarasına hücum edib, Akad və Sumeri tutması tanrı Mardukun iradəsi ilə gerçəkləşdiyi yazılır. Bu qaynaq qeyd edir ki, Akad çarı Naram-Suen Babil əhalisini məhv etdiyi üçün o, iki dəfə (!) Qut ordusunu (ummān Qu-ti-i) köməyə çağırır və burada hakimiyəti qutlara verir. 

Beləliklə, tarixdə ilk türk dövləti olan Aratta elinin coğrafiyası, iqtisadi durumu, təsərrüfatı və dövlət qurumu ilə, ötəri də olsa, tanış olduq. Aratta elində işlənən şəxs adları da diqqəti çəkir: elbəy Ensuxkeşdanna və ya En-Sukeşdan (İ. M. Dyakonov), başqam Ur-Girnunna, vəzır Ansiqqaria. Bu adların müxtəlif oxunuşu məsələsinə və təhlilinə sonrakı bitiklərdə qayıdacağıq. Hələlik, Arattadan sonra yaranan türk dövlətlərini izləyək.



Prof.Dr.Firudin Ağasıoğlu
(Doqquz Bitik. III Bitikdən Aratta bölümü)


-q e y d l ə r
1) Юсифов 1987; Yusifov 1993, 125-128, 331-335; AT, 1994, 61-69; Bakı və Xızıda oturub söhbət etdiyimiz vaxtlar dəfələrlə Azərbaycanda türklərin m.ö.III minildən möv¬¬cud olduğunu vurğulayan bu görkəmli tarix uzmanı ömrünün son aylarında bir daha ümu¬mi tarixşünaslıqda Aratta dövləti mövzusuna qayıtdı və əvvəlki bəlgələrə qədim Hind qaynaqlarını əlavə edib iki samballı məqalə yazdı (Yusifov 1997, №1, №2).
2) Yusifov 1997, №2, 110, 128.
3) Kramer 1965 (II basqı, 1991); Wilcke 1969; Berlin 1979; Afanasğeva 1979, 97-98; Beliükiy 1980, 80-93; MOD, 1987, 9; Ösifov 1987.
4) MOD, 9-10. 
5) Kramer 1991, 32-36.
Berlin 1979; Kramer 1991, 206-208.
Wilcke 1969; Афанасьева. 1979, 97.
Kramer 1991, 208.
Eyni qaynaq.
Eyni qaynaq, 221.
Son tədqiqatlara görə, mətndəki coğrafı hüdudlar batıda Aralıqdənizi, doğuda İran dağları, quzeydə Güney-doğu Anadolu (Ermən dağları), güneydə isə Bars körfəzi, idi (Kpaмep 1991, 223; MOD, 1987, 10).
Musa peyğəmbərin birinci kitabında Nuhoğulları ilə bağlı keçən bu motiv şumer ya-zısından çox sonra qələmə alınsa da, Samın şəcərəsində Elam, Asur, Arpokşad adları-nın yanaşı verilməsi və Nuh tufanından iki il sonra doğulan Arpokşadın soyundan törə-yən¬lər sırasında Yoktan və Peleq qardaşları, yerüzü taksim olunan dönəmdə yaşamış Pela¬qın soyundan Seruc, onun soyundan Terax və oğlu İbrahim peyğəmbər, Yoktanoğul¬la¬rının oturduğu yerin «Meşadan Sebhara gedərkən doğudakı dağdır» (Tekvin, 10-12) ünvanı və buradakı digər məqamlar maraq kəsb edir. Belə ki, Pelak və subar bəyi Ba¬laq, Ar¬pok¬şad və Türkşad, Terax və Terek (türk) Subar ölkəsi və Sepher (Sefer) ölkəsi adla¬rında sistem təşkil edən paralellik aydın göstərir ki, Tekvin çox qədim bir qaynaq əsa¬sında yazılmışdır. Necə ki, şumer yazısını təkrar edən həmin bölmədə deyi¬lir: «Və bütün dünyanın dili bir və sözü birdi... Və dedilər: bütün yerüzünə dağılma-yaq - deyə, gəlin özümüzə bir şəhər və başı göylərə yetişən bir qüllə tikək və özümüzə bir ad verək. Və adamoğullarının tikdiyi şəhəri və qülləni görmək üçün Rəb endi. Və Rəb dedi: İndi bir uruqdurlar və hamısının bir dili var... Bundan dolayı onun adına Babil deyildi, çünki Rəb bütün dünyanın dilini orada qarışdırdı» (Tekvin, 11, 1-9).
Doğrudur, Sarqon da «yeddi dağ» aşıb bura girir, lakin nəzərə almaq lazımdır ki, Şumer qasidi yeddi dağı güneydən quzeyə gedərkən keçir, Sarqon isə bu dağları batı-dan doğuya gedərək, həm də Kollar-dağ silsiləsini aşandan sonra keçir. Ona görə də, Y.Yusifovun «yeddi dağ» deyimini sübut kimi verməsi özünü doğrultmur. Şumercə hursaq Zubi deyiminin də «qaradağ» kimi oxunub, Süleymaniyə şəhərin¬dən güneydə olan Qaradağ ilə müqayisəsi yerinə düşmür, çünki qasid Zubi dağını Aratta yaxınlığında yox, öz ölkəsindən çıxarkən keçir. Həm də, subar boylarının yaşadığı Qaradağ bölgəsinin adı elə şumer yazısmda Qardaka şəklində m.ö.XXI əsrdə qeyd olunmuşdur (Дьяконов, 1956, 118).
Bəzi tarixçilər qaynaqlarda Aratta ilə bağlı məlumatın məntiqi və onomastik bəlgə¬lər ilə deyil, yalnız Uruka Arattadan lacivərd (lazurit) göndərilməsi faktından çıxış edə¬rək, bu mineralın Bədəx¬şandan gətirildiyini vurğulayır, Arattanı Sumerin doğusundakı böyük bir ölkə olan Elamın üzərindən atladıb, Əfqanıstan və Hindistanda yerləşdirmək istəyirlər. Əvvəla, bu məntiqlə lacivərd çıxan istənilən ölkəni Aratta saymaq olar; ikin-cisi, qaynaqlar bu mineralın Azərbaycanın Dizmar, Mazandaran bölgələrində ol¬du¬ğunu da qeyd edir (Yusifov 1997, №2, 123); üçüncüsü də, Arattada lacivərd yatağı olma¬say-dı da, doğudan gəlib, Həmədandan keçən ticarət yolunda Aratta tranzit ölkə ola bilə¬rdi; nəhayət, tarixçilərin gözdən qaçırdığı bu faktı da nəzərə almaq lazımdır ki, Uruk Aratta elindən lacivərd tələb etdiyi kimi, bəzən ticarət malı kimi Aratta da Urukdan lacivərd tələb edirdi (Kramer 1991, 34).
S.Kramer yazır ki, Aratta ölkəsi Xəzər dənizi yaxınlarında idi (Kramer 2002, 56).
Yusifov 1997, №2, 125-126;
Kramer 1991, 208-212; Wilcke 1969.
Kramer 1991, 39.
Ümumiyətlə, şumer-türk əlaqələrində ortaq sözlərlə yanaşı, mifik və epik əsərlərin də dərindən öyrənilməsi vacibdir. Əgər Aratta-Uruk əlaqələrinin alt qatında bilmədi¬yi¬miz daha bir dərin qat varsa, onda şumerlərin uzaqdan deyil, Luristandan İkiçayarasına gəlməsi fikrini fərziyə kimi irəli sürmək olar. Bu halda, prototürk etnosunun güney qon¬-şu¬su elamlılar deyil, şumerlər olur, yəni şumerlər türk və elam arasında yerləşir. 
AT, 1994, 66.
Ola bilər ki, bu deyim aratta adının etimologiyası üçün açar olsun. Məsələn, Aratta adı dağla deyil, inancla bağlı Ar-Ata (ər-ata) deyimidirsə, onda Arattanın batı qonşusu Arapha (Kərkük) adı da Ar-Apa (ər-apa) kimi izah oluna bilər, çünki bəzən Araphanın adı Alilani (Tanrılar şəhəri) kimi də verilir (İDV, 1988, 75); Əlbəttə, bu yozum sü¬buta ehtiyacı olan bir fərziyədir.
S.N.Kramer qeyd edir ki, elbəy hakimiyət simvolu olan əsanı görəndə nədənsə bərk qəzəblənir (Kramer 1991, 34, 39); Əlbəttə, hakimiyət simvolu yay olan türk törəsinə görə, qarşı tərəfin öz hakimiyət simvolunu (əsanı) göndərməsi dövlətçilik gələnəyini dəyişmə təklifi kimi qəbul oluna bilər, bu halda elbəyin qəzəblənməsinin səbəbi aydın olur.
Kramer 1991, 34.
Dğəkonov 1990, 173, 239-240, 353; Onun verdiyi yozum doğrudur, çünki sonrakı çağlarda da türk prinsləri müəyyən vəzifə alandan sonra adlarına şad titulu qoşulur. O, alqı-satqıdan vergi ödəyən Kuvar kəndlilərinin - ərənlərin («eren Kuvari») imzala¬rını möhürü ilə təsdiq edən şatammunu «nəzarətçi» kimi verir və həmin şumer sənədində ke¬çən Şatvak adını gümanla elam tanrıadı sayır. Babil dövləti çağında şatam¬mu titulunun böyük məbəd və məbəd təsərrüfatının başçısı kimi işlənməsini, hət¬ta B. Lands¬bergerin bunu «yepiskop» kimi tərcümə etdiyini vurğulayır. İ. M. Dyako¬no¬va görə, tamkârum termini də tacir deyil, vergi yığan anlamına uyğun gəlir (səh.192). Bu sözün isə qədim türkcədən alınma tamqa ilə bağlı olduğunu I Bitikdə vermişdik.
Kramer 1991, 40-44. Mirzəyev 2003, 6.







Aratta-Urartu-Ararat sözü: 

Sümer kitabelerinden görünen şu ki, Aratta=Erette kelimesi, yer adı olarak, o zaman, çağdaş Güney Azerbaycan’ın batısındaki dağlık bölge, Urmu, Salmas, Hoy ve Negede şehirleri ve onların batısındaki yerler, yani Zagros dağlarının en kuzey kesimi ve bu dağların Toros’un doğu kesimiyle birleştiği dağlık bölgeye verilmiş addı. 

Bu kelime D.Ö.4-3.bin yıllıklarda Sümercede, dağlık bölgesine verilmiş addan da göründüğü gibi, dağ ve yükseklik anlamında olmuştur. Diğer taraftan Altay, Alatavu, Alatava, Altatuv, Alatoto, Alataa, Altau, Aladağ vs kelimeleri Türk ülkeleri ve dillerinde olan dağ adlardır.

Divanü Lügati’t-türk’te de Art, dağbeli anlamındadır. Nitekim ‘Ermegüge eşik art bolur (tembele eşik dağ beli olur)’ ata sözünde de geçmiştir. Bizce en eski eklemeli dilli bazı el ve obalarda dağa Aratta, bazılarında ise Tavu, Tov, Tava, Taa denilmiştir. Hatta bir takım Türk halklarında Tu kelimesi dağ demektir.

Sümerlerden sonra D.Ö.2. bin yıllığın ortaları ve son yüz yıllıklarında Asuri kitabelerinde olan Arateye sözü de işte bu Aratta=Erette sözüdür. Urartu halkı ve devletinin adı da Aratta=Erette kelimesinden meydana gelmiştir, Çünkü Urartu devleti Aratta topraklarını da sınırları içine almış ve onların başkenti Tuşpa ve kutsal dini merkezleri Musasir şehrleri işte bu Aratta topraklarında yerleşmiştir.

Demek ki, doğumdan 4-3 bin yıl öncelerden Sümerce ve eklemeli dillerde kullanılan Aratta=Erette kelimesi dağ anlamında olup Urartu ve Ararat kelimeleri daha sonralar bu en eski Türkçe kelimesinden türetilmiştir. Altau=Aratta kelimeleriyle ilgili şunu da hemen belirtelim ki, Al kelimesi çok anlamlar taşımakla birlikte yükseklik ve güç gibi anlamları da vardır. 

Örn. Bu kelime Altaycada Yüksek, güçlü ve Türkmencede yüksek anlamındadır. Bu düşünceye göre Altay kelimesi yüksek dağ demektir.

Prof. Dr. Muhammed Taki Zehtabi - link




* * *




Prof. Dr. Feridun Ağasıoğlu (Celilov)

(Urmu teorisi) 


Prototürk dilinin hanki çağda dağılıb batı ve doğu kollara ayrılması probleminin Türkolojide doğru yorumu yoktur. Bunun nedeni türk dili, glottogenezi, tarihi gramer ve tarihi dialektologiya sahasında ciddi araştırmanın olmaması, Türk dili ailesinin ve Prototürk dilinin hanki mekanda ve hanki çağda yaranması, özellikle hanki çağda dağılması hakkında söylenen fikirlerin arkeoloji belgelere dayanmamasıdır. 


Bu nedenle Türklerin etnogenezi haqqında Türkoloji ilminde çok farklı fikirler ortaya çıkmıştır. Türkolojide derin kök salmış, lakin sübut olunmamış yanlış “Altay dil ailesi” teorisi ise türk etnogenezi ilmini çıkmaza sokmuştur.


Ayrı-ayrı dialektlerin kavuşması ile yaranan büyük dil aileleri, yani protodiller m.ö. IV binyılda iklim değişmeleri nedeni ile başlanan göçlerle çeşitşi kollara ayrılmış ve ayrı ayrı çağlarda bu kollardan yeni dialektler, diller türemiştir. 


Orta Avrupada yaranmış proto­hind­avrupa, Uralda yaranmış protofinuqor, Kuzey Kafkazda yaranmış protokafkaz, Arabistan yarımadasında yaranmış protosami ve başka dil ailelerinin geçtiği bu yol Türk dil ailesi için de geçerlidir. 


Böyle ki, Ön Asyada yaranmış prototürk dili m.ö. IV binyılın ortalarında batı ve doğu kollara ayrılmış, doğuya giden prototürk urugları Orta Asyadan İtil yakalarına ve Altaya kadar ayrı ayrı bölgelerde ikinci Atayurdlar salmışlar.


Milattan önce IV-II binyıllar arasında doğuya miqrasiya etmiş doğu türk kolunun Altayda saldığı ikinci Atayurd yanlış olarak Türklerin ilkin Atayurdu gibi yorumlanmıştır. Bu problemi ayrı-ayrılıkta arkeoloji, kültür, etnografik ve dilçilik açısından çözmek isteyenler olmuştur. 


Lakin türk etnosunun tarihine kronoloji ardıcıllıkla değil, diakroniya dışında tarihin belli sinkron kesiğinde bakılmış, arkeoloji belgeleri göze almadan Ön Asya dışında nerede türk varsa, orası ikinci degil, ilkin Atayurd sayılmıştır.



Yazılı kaynaklar m.ö. III-I binyıllar boyu Ön Asyada Subar, Aratta, Kut, Turuk (Türk), Kumuk, Kuman, Alban, Aran, Saka, Kaspi, Ermen, Bars, Padar, Azar (Azer), Gamer, Göger, Gar­gar, Sangi-but (Zengi boyu), Kaşkay, Urmu, Kızıl-bud Kızıl boyu), Polad ve b. siyasi kurumla­rın (bölge, ülke, şehir, devlet, beylik) adını çekiyor ki, bunların ekseri türk etnotoponimleridir.



























Türkçe'nin Akad dili üzerindeki etkisi - link
Medlerin Dili - link

Eski Korece'de Türkçe Ödünç Kelimeler - link
Mayaca-Türkçe - link
Turkic Languages - link
Elamlar - Elamites - link
LULUBİ ETNONİMİNİN KÖKENİ - link

ORTA ASYA TÜRK HİKÂYE VE DESTANLARINDA TÜRK HALKLARININ ETNİK GELİŞİM AŞAMALARININ İZLERİ VE TÜRKLERİN İLK ATA YURDU MESELESİ - link